Niyə Öyrənə Bilmirik? Sevgiliniz Yoxdursa Bu Yazı Sizi Qəmləndirə Bilər

Niyə Öyrənə Bilmirik? Niyə 10 dəqiqə oxuyan kimi ya ürəyimiz sıxılır durub gedirik ya da ki yuxu tutur yatırıq. Nədir Bunun Səbəbi? Bunun çox sadə səbəbi var. Məqsədimizin OLmaması. İndi deyəcəksiniz ki məqsədimiz var biz Magistr OLmaq İstəyirik. Xeyr Bu Məqsəd deyil bu sədəcə bir arzudur. Məqsədə çevrilə bilməmiş arzu. Heç bilirsiniz Məqsəd necə OLur? Sizi gecə-gündüz yatmağa qoymayan arzularınıza sahib olmağa doğru aparan sizə hərəkət verən inanılmaz bir qüvvədir məqsəd. İndi düşünə bilərsiniz ki MagistrOL-a nə oldu niyə belə qəliz-qəliz danışır. Bizim anladığımız dildə danışardı həmişə. Tamam-tamam əsəbləşməyin indi keçək sizin anladığınız dilə. Məqsəd dediyimiz sizin bildiyiniz sevgi kimidir. Sevgilinizin yazdığı məktubları oxumaqdan bezirsinizmi heç? heç yarıda qoyub gedirsinizmi? təbii ki yox son hərfinə qədər ürəyiniz döyünə-döyünə oxuyursunuz. Özü də bir dəfə yox dəfələrlə təkrar-təkrar. Bax bu Məqsəd Dediyimiz şey də elə bu Sevgi kimidir. Məqsədi olan insan bir iş gördükdə onu hisslə həyəcanla görür. Bezmir yorulmur məqsədinə çatmaq üçün var gücü ilə çalışır. Unutmayın Əgər Bir Məqsədiniz Varsa Siz Digərlərindən 1-0 öndəsiniz. (Hə bir də yadıma düşmüşkən deyim sevgiliniz yoxdursa qəmlənməyin əsas odur məqsədiniz olsun :) ). Sual 2. Özümüz Üçün Məqsədi Necə Formalaşdıra Bilərik? Bu Haqda Növbəti yazımızda danışacağıq...

4 comments:

www.magistrol.com

MAGISTR OL