İmtahanda necə yazım ki balım yüksək olsun?

Bəzən başımız elə qarışır ki, sevdiyimiz işlərlə məşğul olmaq belə yaddan çıxır. Birdən yadıma düşdü ki, neçə vaxtdır ki bloq yazmıram. Hansı mövzuda yazacağımı düşünmək isə heç vaxt almadı. Bu günlərdə çox aktual olan bir məsələyə toxunmaq qərarına gəldim. 

Çoxlarını düşündürən suallarla başlayaq:
“Necə yazım ki balım çox olsun?” , 
“Ayy müəllllim mən birinci məntiqdən başlayıram, ingilisdən başlasam balım artar?”, 
“Birinci hansı fəndən başlayım ki vaxtım çatsın?” , 
“Bütün sualları bilirəm amma vaxt çatdıra bilmirəm məntiqi yazıram o birilər qalır. Mən nə edim?”.
Bu və bu kimi suallar sizi də narahat edirsə o zaman ekrana yaxın əyləşin eynəklərinizi geyinib diqqətlə oxuyun.
Rahat rahat əyləşin imtahan zalında. Hətda o qədər rahat ki elə bil 14 fevralda sevgilisiz eşq filminə baxmağa getmisiz.❤😂 
Nəzarətçi imtahan başladı deyəndə də heç təlaşlanmırsız. Dünyanın sonu deyil ki, ölüm yox itim yox bu il olmaz gələn il qəbul olarsınız. Götürürsüz qələmi 1 həftədir ac qalıb qaşığı əlinə götürən adam kimi götürün amma, girişirsiz məntiq suallarına. Gözünüzə ən rahat görünən şifahi sualları işləyirsiz. Belə suallarn sayı 22 dənə olur. Artıq imtahan 20 dəqiqədir ki başlayıb sizin 22 balınlız hazırdır. Dərindən bir nəfəs alıb keçirsiz informatikaya. 15 dəqiqəyə informatikanın 23 sualın çox rahat yazmaq olar. Hələ imtahan 35 dəqiqədir ki başlayıb sizin artıq 45 balınız var. Sonra keçirsiz xarici dilə 20 dəqiqəyə 15 dənə də xarici dil yazmaq mümkündür (dili bilənlər çox da yaza bilər mən imtahan verənlərin çoxluğun nəzərdə tutub yazmışam). İmtahan 55 dəqiqədir ki başlayıb sizin 60 balınız var. Hələ imtahanın 1 saatı keçməyib siz artıq keçid balın keçmişiniz. Bu münasibətlə sizi təbrik edirəm. Dayanıb 5 dəqiqə istirahət edin. Nəfəs alın. Ətrafdakı insanlara nəzər salın görün kim var kim yox. Bəlkə əminiz oğlu sizlə bir otaqda imtahandadı heç xəbəriniz yoxdur. 😂
5 dəqiqə bəsinizdir. Çox da istirahətə meyl etməyin vaxtınız o qədər də bol deyil. Artıq imtahanın 1 saatı gedib və 1 saat 30 dəqiqə vaxtınız var. Növbəti bir saatınızı da məntiqə sərf edin bu bir saata da məntiqdən 20 sual yazmaq olar. İki saat keçdi və sizin 80 balınız hazırdır. Bu balla istədiyiniz yerə qəbul ola bilərsiniz. 30 dəqiqə vaxtınız var hələ səbrlə cavab kağızınızı qaralayın. Və artıq qalan vaxtınıza yerdə qalan suallarınıza cavab atın. Suala baxıb məntiqlə cavab atın kor-koranə olmaz. Atdıqlarınızdan da 5-i tutacaq. 85 bal o qədər də pis bal deyil. O ki qaldı 90-ı keçmək istəyənlər onların məsləhətə ehtiyacları yoxdur.
Sonda yazımızı imtahan atalarının sözləri ilə bitirək :
“İmtahanda sualla dirəşmək olmaz, gördüz alınmır çox da şey eləmiyin vaxt itirməyin”
“Cavab kağızında ağ yer saxlama bilməsəndə cavab at. Səhv düzü aparmaz “
“İmtahana görə həvəsdən düşmə, onsuzda bir gün hamı öləcək“

Müəllif: Rəşadət Şərifov

İnformatikadan Qızıl Kimi Qaydalar
Magistraturaya hansı kursda hazırlaşım?
İmtahanda necə yazım ki balım yüksək olsun?
Magistr OL Təqaüdü
İnformatika Qısa Kurs
İnformatikadan Onlayn Kitab
Word 2010 Super Bir PDF Kitab
Izahlı Məntiq Testləri
Məntiqdən Möhtəşəm Video Dərslər
İnformatika TEST BANKI + doğru cavablar
Magistratura Materialları

6 comments:

  1. Ay muellim Allah razi olsun lap lezzet elesi

    ReplyDelete
  2. Bu yontem chox ishime yaradi menim , butun suallara vaxtim qaldi. Chox deyerli meslehet idi 👍 teshekkurler✌

    ReplyDelete
  3. Ay üzünüz gülsün nece motive oldumeee

    ReplyDelete
  4. allah sizdən razı olsun

    ReplyDelete
  5. Thanks for told us about this information. I am so happy to read this movie. Being, I am also doing help the people through Commercial Pest Control in New York. I am 24/7 available for people to clean the pests.

    ReplyDelete

www.magistrol.com

MAGISTR OL