Dərsin adındakı 1.1 onu göstərir ki bu birinci fəslin 1-ci hissəsidir. Əgər xatırlayırsızsa informatikanın xəritəsin çəkəndə biz informatika dənizin bir stəkana yığmşdıq. 1 stəkan da olsa duzlu dəniz suyudur birdən-birə içsəz boğazınız qovuşar. JJ
a. İnformatika elmi, onun predmeti və əsas tərkib hissələri
Əgər sıfırıncı dərslə (yəni informatikanın xərtitəsi dərsilə) tanış olmusunzsa bu dərsi rahatlıqla öyrənə biləcəksiz. Tanış olmamısınızsa BURDAN daxil olub mütləq oxuyun.
İnformatika sözü iki sözün birləşməsindən
əmələ gəlmişdir: İnformasiya və Avtomatika.
İnformatika termini ilk dəfə fransızlar tərəfindən
avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq məqsədi ilə istifadə
olunub. İngilis dilli ölkələrdə İnformatika
termini əvəzində Computer Science
(Kompyuter Elmi) termini işlədilir. İnformatika
İnformasiya və onun proseslərini öyrənir. İnformasiya və prosesləri haqda
bir qədər sonra daha ətraflı danışacağıq. İndi isə çox mühüm anlayışlardan olan
İnformatikanın tərkib hissələrini şərh edək.
İnformatikanın 3 əsas tərkib hissəsi var:
1 Hardware (aparat, cihaz təminatı)-informatikada
qurğularla bağlı nə varsa hamsı bu bölməyə daxildir. Qurğuların öyrənilməsi,
qarşılıqlı əlaqəsi və s. (qurğu dedikdə: monitor, prosessor, siçan, printer və
s. başa düşülür)
2 Brainware (alqoritm təminatı)-alqoritm müəyyən
əmrlər ardıcıllığıdır. Kompyuterdə hər hansı məsələ həll olunduqda müəyyən
ardıcıllığa riayət olunmalıdır ki, həmin ardıcıllıqlar da alqoritmdir. Biz gündəlik
həyatımızda da alqoritmlərdən istifadə edirik. Məsələn bu gün axşamdan səhərki
günümüzü planlaşdırırıq. Cızdığımız bu plan özü də bir alqoritmdir.
3 Software (proqram təminatı)-kompyuterdə
olan bütün proqramların toplusu bu bölməyə aiddir. Həmçinin proqramların öyrənilməsi
və yeni proqramların hazırlanması da bu bölmənin əsas məsələlərindəndir.
Kitabda şərh edəcəyimiz
mövzuların çoxsu bu 3 tərkib hissənin üzərində qurulur. Növbəti II fəsil Harware tərkib hissəsinə, ondan
sonrakı III fəsil Brainware tərkib hissəsinə, sonrakı IV-XI fəsillər
isə Software tərkib hissəsinə həsr
olunub. Nəhayət sonuncu iki fəsildə şəbəkələr və İnternet qlobal şəbəkəsi şərh
olunub.
b. İnformasiya anlayışı və
informasiyanın əsas xassələri
İnformasiya
anlayışı İnformatikanın ilkin anlayışlarındandır. Yəqin orta məktəbdən bilirsiniz ki, Həndəsədə nöqtəyə və düz xəttə
tərif verilmir. Onlar Həndəsənin ilkin anlayışlarıdır. İnformasiya da ilkin
anlayışlardan olduğuna görə ona tərif verilmir. Bəs ümumiyyətlə informasiya
dedikdə nə başa düşürük? İnformasiya dedikdə hər hansı məlumat, xəbər, biliklər
toplusu başa düşülür.
Bəzən deyirlər,
filankəs ağıllı, cəsur, savadlı, dostluq etməyi bacaran insandır. Bu
saydıqlarımız insanlara aid olan xassələrdir. İnformasiyanın da insanlar kimi
xassləri var. Bu xassələrlə tanış olmazdan əvvəl onu da qeyd edək ki, əvvəlki
illərin qəbul imtahanlarının test tapşırıqlarına nəzər saldıqda bu xassələrin adına tez-tez rast gəlinir.
Məsləhətdir ki onların adını yadınızda yaxşı saxlayasınız. İnformasiyanın xassələri
ilə daha geniş şəkildə aşağıdakə cədvəldən tanış ola bilərsiniz
Xassənin Adı
|
Xassənin mahiyyəti
|
Tamlıq
|
Məs: “Stolun
üstündə qırmızı kitab
vardır” kitab haqda olan
bu informasiya tam
deyil. Çünkü bu informasiyadan biz
ancaq kitabın rəngini
öyrənə bilirik. Onun nə kitabı olduğu, neçə səhifədən ibarət olması və
s. haqqında məlumatımız olmur.
|
Faydalılıq
|
Hal hazırda
oxuduğunuz informasiya faydalı
informasiyadır. Qəbul
imtahanında sualları
cavablandırarkən sizə
lazım olacaq.
|
Dəqiqlik
|
Məs: “Deyəsən yol ilə gələn Caviddir” bu qeyri dəqiq informasiyadır və gələnin kim
olduğunu dəqiq şəkildə
müəyyənləşdirməyə
imkan vermir.
|
Anlaşıqlıq
|
Mövcud olan
informatika kitablarının hamsında faydalı (dəyərli) informasiyalar var,
lakin onların çoxsu anlaşıqlı (başadüşülən) deyil. Sizə təqdim
etdiyimiz bu kitabdakı informasiyalar isə tamamilə anlaşıqlıdır.
|
Obyektivlik
|
Elşən deyir
ki “Elman yaxşı
insan deyil.” Bu
informasiya Elşənin subyektiv fikridir, obyektiv deyil.
Ola bilsin ki Elşənin Elmandan xoşu gəlmədiyi üçün belə deyir.
Obyektiv informasiya insanların fikirlərindən asılı
olmayan və həqiqəti
əks etdirən informasiyadır.
|
Etibarlılıq
|
Obyektiv
informasiyalar həm də
etibarlı olur, çünki onlar həqiqəti əks etdirir. Subyektiv
informasiyalar isə etibarlı olmaya da bilər. Məsələn Elşən Elman haqda
olan informasiyanı öz
maraqlarına uyğun olaraq dəyişdirə də bilər.
|
Aktuallıq
|
İnformasiyanın
aktuallığı onun cari
zaman anına uyğunluğudur. Hal
hazırda oxuduğunuz informasiya aktualdır. Çünki
Hal hazırda informasiya
əsrində yaşayırıq.
|
Adekvatlıq
|
İnformasiyanın məqsəd və vəzifələrə nə dərəcədə
cavab vermə qabiliyyətidir.
|
Təzəlilik
|
Çox şeyin təzəsi və köhnəsi olduğu kimi informasiya da
təzə və köhnə ola bilər.
|
Yoxlama Sualları:
1. İnformatika sözü hansı sözlərin birləşməsindən əmələ gəlib?
2. İnformatika nəyi öyrənir?
3. İnformasiyanın xassələrini bir kağıza yazın. Hamsını yaza bildinizmi?
4. Xassələri yazandan sonra onların mənasını düşünün. Dərk edə bilmisinizmi?
Yuxarıdakı suallarının hamsını cavablaya bildinizmi? Cavablaya bilmədinizsə ruhdan düşməy olmaz bir neçə dəfə də oxuyun dərsi. Oxuyarkən fikriniz özünüzdə olsun. Səbr və təmkinlə anlyaraq oxuyun.
Yox əgər cavablaya bildinizsə o zaman 5-ci bənd gəlir.
5. Öyrəndiklərinizi bir dostunuza yaxud tanışınıza öyrətməyə cəhd edin.
Unutmayın: Bir dəfə kimisə öyrətməyə cəhd etmək 100 dəfə o mövzunu təkrar etməkdən daha faydalıdır.
Xatırlatma: Bəyəndiyiniz dərsləri, dostlarınızın da görüb oxuması üçün paylaşın
Suallarınız yaranarsa günün 24 saatı Magistr OL qrupuna müraciət edə bilərsiniz.
Mündəricata Keçid Et
Müəllif: Rəşadət Şərifov
No comments:
Post a Comment
www.magistrol.com