1. Səkkizlik say sistemində verilmiş 11 ədədi 2-lik say sistemində necə ifadə olunur?
A)88
B)80
C)100
D)1000
E)1001
2. Hansı yazılış yanlışdır?
A)9999(10)
B)123(8)
C)FAC(16)
D)1101(2)
E)AБ(16)
3. 100(2)+5(8)+A(16) ədədlərinin cəmi onluq say sistemində neçə olar?
A)17
B)115
C)116
D)105
E)19
4. Hansı yazılış yanlışdır?
A)120(16)
B)120(10)
C)120(2)
D)120(8)
E)Heç biri
5. Aşağıdakılardan hansı cüt ədəddir?
A)100101001(2)
B)001101000(2)
C)001101001(2)
D)111101001(2)
E)101101101(2)
6. Onluq say sistemində verilmiş 37 ədədi 2-lik say sistemində necə ifadə olunur?
A)111(2)
B)10010(2)
C)10101(2)
D)100101(2)
E)100111(2)
7. 8-lik ədədin hər bir simvolu nə qədər informasiya daşıyır?
A)3bit
B)1bit
C)4bit
D)1bayt
E)3bayt
8. Onaltılıq say sistemində verilmiş “AC” yazılışı 10-luq say sistemində neçəni göstərir?
A)160
B)172
C)112
D)4108
E)4124
9. A,B,C,D hərfləri uyğun olaraq 00, 01, 10 və 11 ikilik ədədlərlə kodlaşdırılmışdır. BACD simvollar ardıcıllığı bu qayda ilə kodlaşdırılaraq 16-lıq say sistemində yazılarsa hansı ədəd alınar?
A)4B
B)411
C)1023
D)5A7
E)4AB
10. 73(x)+51(x)=144(8)
A)10
B)4
C)2
D)8
E)16
11. 16-lıq ədədin hər bir simvolu nə qədər informasiya daşıyır?
A)3bit
B)1bit
C)4bit
D)1bayt
E)3bayt
12. Onluq say sistemində cavabı tapın.
101(2)+6A8(16)+231(8)
A)1856
B)1868
C)1962
D)1862
E)1762
13. 2-lik ədədin hər bir simvolu nə qədər informasiya daşıyır?
A)3bit
B)1bit
C)4bit
D)1bayt
E)3bayt
14. Aşağıdakılardan hansı tək ədəddir?
A)10010100(2)
B)00110100(2)
C)00110100(2)
D)11110101(2)
E)10110110(2)
15. 1101011- ikilik ədədi üçün yaddaşda nə qədər yer ayrılır?
A) 7 bayt B) 1 bayt C) 12 bayt D) 7 bit E) 8 bit
16. 10+10=100 bu bərabərlik hansı say sistemində doğrudur?
A) səkkizlik B) altılıq C) ikilik D) on altılıq E) onluq
17. Təkliflərdən hansı doğrudur?
A) səkkizlik say sistemi mövqesizdir
B) roma rəqəmləri mövqelidir
C) on altılıq say sistemi mövqesizdir
D) roma rəqəmləri mövqesizdir
E) onluq say sistemi mövqesizdir
18. 8-lik say sistemində neçə rəqəm var?
A) 12 B) 6 C) 8 D) 10 E) 7
19. Onluq say sistemində verilmiş 24 ədədi ikilik say sistemində nəyə bərabərdir?
A) 10111 B) 11111 C) 10000 D) 11000 E) 10101
20. Səkkizlik say sisteminin ən böyük rəqəmi hansıdır?
A) 10 B) 7 C) 0 D) 8 E) 1
21. Hesablayın: 110111(2)+AB(16)=?(8)
A) 345 B) 340 C) 343 D) 342 E) 348
22. Onluq say sistemindən hər hansı x say sisteminə keçmək üçün ..(x=ikilik,səkkizlik,on altılıq və s.)
A) Verilmiş ədədi x-ə bölmək və alınan qalıqları axırdan əvvələ ardıcıl düzmək lazımdır
B) Verilmiş ədədi x-ə vurmaq lazımdır
C) Verilmiş ədədi sağ tərəfdən sıfırdan başlayaraq nömrələmək sonra hər bir rəqəmi x-in uyğun qüvvətinə vurmaq lazımdır
D) Verilmiş ədədi x-ə bölmək və alınan qisməti yazmaq lazımdır
E) Verilmiş ədədi qüvvətə yüksəltmək lazımdır
23. Verilmiş ədədlərdən hansı mövqelidir?
A) XV B) XX C) LX D) VX E) BC
24. Aşağıdakı ədədlərdən hansı mövqesizdir?
A) AB B) XV C) BC D) FA E) FE
25. Say sisteminin əsası nədir?
A) Say sistemində birinci və sonuncu rəqəm
B) Say sistemindəki simvolların sayı
C) Say sistemindəki 0 və 1-lərin sayı
D) Say sistemində 1-ci rəqəm
E) Say sistemində sonuncu rəqəm
Müəllif: Rəşadət Şərifov
DİQQƏT: Sualların Doğru Cavabını əldə etmək üçün www.magistrol.com keçidini paylaşmağınız kifayətdir. (limit share 50)
- Faydalı (mütləq baxmağınız məsləhətdir)
- İnformatika (Mündəricata Keçid Et)
- Sayta Üzv OL
- İrad, Rəy, Təklif və İstəkləriniz
- Əlaqə
- Home
No comments:
Post a Comment
www.magistrol.com