İzahlı Testlər
Çevirmələrə aid testlər tələbələrin ən
çox çətinlik çəkdiyi test tiplərindəndir. Əslində bu testlər heç də çətin
deyil. Adi sadə riyazi hesablamaları bilərək bu testləri asanlıqla həll etmək
olar. Bir neçə nümunə testə baxaq.
İzahlı test №1. Hesablayın: 4 Mbayt – 10 Kbayt = ?
A) 14 Mbayt
B)
3996 Kbayt
C) 4086 Kbayt
D) 4087 Kbayt
E)4086 Mbayt
İzah: Bu test tapşırığını həll etmək üçün Mbaytı Kbayta çevirmək lazımdır. Çıxmaq üçün hər ikisi eyni vahiddə
olmalıdır. Böyükdən kiçiyə keçmək daha rahat olduğuna görə Mbaytı Kbayta çeviririk.
Yadda
Saxlayın: BÖYÜKDƏN
kiçiyə keçmək üçün 1024-ə vurmaq lazımdır. (ancaq baytdan
bitə keçərkən 1024-ə deyil 8-ə vurmaq lazımdır)
4Mbayt=4*1024=4096Kbayt.
Çevirdikdən sonra adi qayda ilə çıxırıq.
4 Mbayt – 10 Kbayt =4096 Kbayt– 10 Kbayt=4086 Kbayt
Cavab: C) 4086 Kbayt
İzahlı
test №2. 2048Mbayt+3Tbayt=?
A) 2051 Gbayt
B)
5123 Gbayt
C) 4099 Gbayt
D) 3065 Gbayt
E) 3074 Gbayt
İzah: Göründüyü kimi bütün cavablar Gbaytla verilib. Misalda olanları da Gbayta çevirək və hesablayaq.
Yadda
Saxlayın: kiçidən BÖYÜYƏ keçmək üçün 1024-ə bölmək lazımdır. (ancaq
bitdən bayta keçərkən 1024-ə deyil 8-ə bölmək lazımdır)
2048Mbayt=2048/1024=2Gbayt
3Tb=3*1024=3072Gbayt
2048Mbayt+3Tbayt=2Gbayt+3072Gbayt=3074Gbayt
Cavab: E) 3074 Gbayt
İzahlı
test №3. 223 bit aşağıdakılardan hansına bərabərdir?
A) 1 Gbayt
B)
230 Kbayt
C) 1
024 bit
D) 233
Kbayt
E) 1 Mbayt
İzah: Əvvəlcə bitdən daha böyük
vahid olan bayta keçək. Bunun üçün 8-ə
bölmək lazımdır. Lakin misal 2 üstü şəklində verildiyinə görə 8-i də 2 üstü şəklində
göstərək. 8=2*2*2=23 yəni . 8=23
223bit=223/23=220 bayt
cədvələ baxsaq görərik ki 220 bayt 1Mbayt-dır. Əgər cədvəl yadda
qalmırsa onda çevirməyə davam edərik. Bayt-dan Kbayta keçəndə yuxarıda da
deyildiyi kimi 1024-ə bölürük. 1024=210. 220 bayt=220/210=210Kbayt.
Kbayt-dan Mbayt-a da eyni üsulla keçirlər.
210Kbayt=210/210=20=1Mbayt
(qeyd: üstü 0 olan ədədlər 1-ə bərabərdir.)
Cavab: E) 1 Mbayt
Kodlaşdırmaya aid olan test tapşırıqları da
tələbələr üçün əsas əngəllərdən biridir. Əslində isə həqiqətən də çox sadədir.
(((bir şeyi yaddaşda möhkəm möhkəm saxlamaq lazımdır ki ASCII-da 1 simvol 1
bayt yer tutur. UNİCODE sistemində isə bir simvol 2 bayt yer tutur. ƏGƏR məsələdə
kod sisteminin adı çəkilməyibsə onda siz fikirləşin ki ASCII-da olan kimi 1
simvolu 1 bayt hesablamaq lazimdir.)))
İzahlı
test №4. Məlumatın yazılması üçün hər səhifədə 25 sətir
olmaqla 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə 60 simvol olarsa, həmin məlumatın
həcmi nə qədərdir?
A) 4500 bayt
B) 1200 MB C) 4500 KB D) 1536 KB
E) 1500 bit
İzah: Bu məsələdə də kodlaşdırma sisteminin adı çəkilməyib.
Ona görə də 1 simvolu 1 bayt hesablayacağıq. Əvvəlcə isə simvolların sayın
tapmaq lazımdır.
Hər səhifədə 25 sətir hər
sətirdə isə 60 simvol var. Deməli bir səhifədə
olar. 3 dənə səhifə olduğuna görə
ümumi simvolların sayı
olar. 1 simvol 1 bayt olduğuna
görə 4500 simvol 4500 bayt yer tutar. Cavab A) 4500 bayt ((( Hər dəfə bu qədər şəkil çəkmək lazım
deyil. Çalışın işin məntiqini anlayın. Sonrası rahatdı )))
Xatırlatma: Daha çox insanın görüb oxuması üçün dərsləri paylaşmağı unutmayın
Unutmayın: Bir dəfə öyrətmək 100 dəfə təkrar etməkdən yaxşıdır. MagistrOL atalar sözü ))
Suallarınız yaranarsa günün 24 saatı Magistr OL qrupuna müraciət edə bilərsiniz.
Mündəricata Keçid Et
Müəllif: Rəşadət Şərifov
No comments:
Post a Comment
www.magistrol.com