İnformatika 1.3 İnformasiyanın Ölçü vahidləri və Məsələ həlləri (Bit, Bayt, KiloBayt, MeqaBayt və s.). Kodlaşdırma sistemləri ASCII və UNICODE

Bu dərsimizdə öyrənəcəklərimiz qəbul imtahanlarında çox lazım olur. Və hər il ən azı bir sual bu dərsdə öyrənəcəklərinizdən düşür. Diqqətli olun



a. İnformasiyanın ölçü vahidləri.

-Nə qədər alma almısan?
-2 kiloqram.
-Sənin boyunun uzunluğu nə qədərdir?
-1metr 80 santimetr.
            Misallardan da göründüyü kimi hər bir kəmiyyətin özünə uyğun ölçü vahidi var. Almanın kütləsi kiloqramla, insanın boyunun uzunluğu metrlə, santimetrlə və s. ölçülür. Bu kəmiyyətlər kimi informasiyanın da özünə uyğun ölçü vahidləri var. Siz onlardan bəzilərini tanıyırsınız, hətda istifadə də edirsiz, lakin onların informasiyanın ölçü vahidi olduğunu bilmirsiz.
Məsələn: telefonlarınızın yaddaş kartları 512 meqabaytlıq kart, 2 geqabaytlıq kart. Burdakı Meqabayt və Geqabayt informasiyanın ölçü vahidləridir. Yaxud 3 meqbaytlıq musiqi faylı, 100 Kilobaytlıq şəkil faylı və s.
Uzunluğu ölçmək üçün metrdən istifadə olunur. Lakin məsafə qısa olduqda metr əvəzinə, santimetr, millimetr, məsafə uzun olduqda isə kilometrdən istifadə olunur.
İnformasiya da belədir. Ən kiçik informasiya vahidi bit-dir. bit sözü də iki sözün birləşməsindən əmələ gəlib binary və digit. Mənası ikilik rəqəm, ikilik kod deməkdir. Kompyuterin yaddaşındakı bütün informasiya ikilik kodda saxlanılır. Yəni kompyuterin yaddaşındakı bütün informasiya iki rəqəmdən ibarətdir 01. İkilik say sistemindəki hər bir 01 kompyuterin yaddaşında 1 bit yer tutur. Deməli 1 bit ya bir dənə 0(sıfır)-dır ya da bir dənə 1. 1 bit informasiyanın ən kiçik, elementar, minimal ölçü vahididir. 1 bit çox kiçik olduğundan informatikada əsas vahid olaraq 1bayt qəbul olunub. 1bayt = 8bit. Bəzən qısa olsun deyə bayt əvəzinə b yazırlar. (qeyd: bəzən tələbələr b yazılanda onun bayt və ya bit olduğunu ayıra bilmirlər. Yadda saxlayın ki bit heç vaxt qısaldılmır həmşə bit yazılır. Əgər b yazılıbsa deməli o bayt-dır.)
            İnformatikada bayt-dan daha böyük ölçü vahidləri də var: Kilobayt(Kb), Meqabayt(Mb), Geqabayt(Gb), Terabayt(Tb), Petabayt(Pb), Etabayt(Eb), Zetabayt(Zb). Aşağıdakı cədvəldə 1 vahiddən digərinə keçidlər göstərilmişdir.

Cədvəli bir dəfəyə əzbərləməyə çalışıb özünüzə zülm etməyin. Çalışın başa düşəsiz o da olmasa zamanla əzbərlənəcək sualları həll etdikcə. Bir dəfəyə olmaz. (Hər bir iş Səbr ilə asan olar, asan olar əmma gec asan olar)                    
1 bayt = 8 bit
1 Kbayt = 1024 bayt = 210 bayt
1 Mbayt = 1024 Kbayt = 210 Kbayt = 220 bayt
1 Gbayt = 1024 Mbayt = 210 Mbayt = 220 Kbayt = 230 bayt
1 Tbayt = 1024 Gbayt = 210 Gbayt = 220 Mbayt = 230 Kbayt = 240 bayt
1 Pbayt = 1024 Tbayt = 210 Tbayt = 220 Gbayt = 230 Mbayt = 240 Kbayt = 250 bayt
1 Ebayt = 1024 Pbayt = 210 Pbayt = 220 Tbayt = 230 Gbayt = 240 Mbayt = 250 Kbayt = 260 bayt
1 Zbayt = 1024 Ebayt = 210 Ebayt = 220 Pbayt = 230 Tbayt = 240 Gbayt = 250 Mbayt = 260 Kbayt = 270 bayt


Qeyd: cədvəldə gördüyünüz 210 (iki üstü on oxunur) 2-nin 10 dəfə öz-özünə vurulmasıdır 210=2*2*2*2*2*2*2*2*2*2. 1024=210.  220=210*210. 230=220*210=210*210*210. Vurarkən üstlər toplanır, bölərkən üstlər çıxılır 240/210=230. Ancaq gərək əsaslar eyni olsun. Yazdıqlarımızın hamsının əsası eynidir 2-dir.

b. Simvolların kodlaşdırılması standartları (ASCII və UNICODE).

Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompyuterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur. Kodlaşdırma üçün ikilik say sistemindən – binar koddan(ikilik koddan) istifadə olunur. İkilik kod dedikdə “0” və ya “1” rəqəmlərindən hansısa biri nəzərdə tutulur. Bir ikilik kod yəni 0 və ya 1 kompyuterin yaddaşında 1 bit yer tutur.
Mətn tipli informasiyanın kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur. ASCII-da 256 kod var. Hər bir kod yaddaşda 1 bayt (yəni 8 bit) yer tutur.
ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8, UTF və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə də ASCII-da olduğu kimi 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt  istifadə olunur.
 Bu sistemlərdən fərqli olaraq Unicode (Yunikod) sistemində hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir. Sistemdə 65536 kod var. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. ASCII sistemində “Ə” hərfinə yer yox idi, ona görə də əvvələr “Ə” əvəzinə “A” üstündə iki nöqtə yazırdılar. ((Siz xatırlamarsız o vaxtlar uşaq olmusuzJ)) Bu 65536 kodun arasında “Ə”, “ə” hərfi üçün də yer tapıldı. (digər qeyri standart hərflərimizin kodu əvvəldən məlum idi. Fikirləşmiyin ki bizə görə var idi. Xeyr. Məsələn ü hərfi Alman dilində də olduğu üçün onun kodu mövcud idi)
((Bu Kod dastanını unutsaz da olar. Ancaq bir şeyi qətiyyən unutmayın. ASCII-də 1 hərf, 1simvol, 1 nöqtə, 1 vergül, 1 rəqəm, hətda bir boşluq da (probel) 1 bayt yer tutur. Məsələn: “Kitab” sözü yaddaşda 5 bayt yer tutar çünki 5 hərfdən ibarətdir. “Esli ve Kerem” yaddaşda 13 bayt yer tutar. Kerem-5bayt, Esli-4bayt, ve-2bayt ortada 2 dənə boşluq var onlar da hərəsi 1 baytdan 2 bayt, cəmi 13 bayt. UNİCODE sistemində də deyilənlər hamsı qüvvədə qalır. Lakin, 1 fərq var. UNİCODE sistemində hər bir simvol 2 bayt yer tutur. “Kitab” bu sistemdə 10 bayt olacaq.))
Dəxli olmayan Qeyd: tərkibində ə hərfi olan sözlər ancaq UNİCODE sistemi ilə hesablanır. ASCII-da ə hərfi ola bilməz.


Xatırlatma: Bəyəndiyiniz dərsləri, dostlarınızın da görüb oxuması üçün paylaşın

Dərsi necə mənimsədiyini bilmək istəyirsənsə aşağıdakı suallara cavab tap:
1. İnformasiyanın ən kiçik ölçü vahidi hansıdır?
2. İnformasiyanın əsas ölçü vahidi hansıdır?
3. 1MB neçə baytdır?
4. "alma almaya bənzər." cümləsi yaddaşda neçə bayt yer tutar?
5. Və şərtimiz şərtdir, öyrəndiyin dərsi kiməsə öyrət. 
Unutmayın: Bir dəfə öyrətmək 100 dəfə təkrar etməkdən yaxşıdır.  MagistrOL atalar sözü ))

Suallarınız yaranarsa günün 24 saatı Magistr OL qrupuna müraciət edə bilərsiniz.

Mündəricata Keçid Et

Müəllif: Rəşadət Şərifov

10 comments:

  1. " " icinde olanda dirnaq isare kimi sayilmir? yeni "kitab" 5herf 2dirnaq isaresi birlikde 7bayt, Unicodla 14bayt yer tutmur?

    ReplyDelete
    Replies
    1. dırnaq isharesi sayılmır.

      Delete
    2. DOSTLAR DIRNAQ İŞARƏSİ DEYİRİK.İŞARƏDİRSƏ MÜTLƏQ SAYILMALIDIR.ÇÜNKİ ONUDA BOŞLUQ KİMİ KLAVİATURADAN YIĞIRIQ.ÖZ BAŞINADA YAZILMIR Kİ....

      Delete
  2. Salam dostlar
    ə hərfi necə yazılır uscii və unicode de?

    ReplyDelete
  3. faylin hecmi 12.5 KBAYTdir.bu fayl 4 kbaytliq klastere malik disskde nece kbayt yer tutar?XAIS BUNUN HELLINI IZAH EDERDIZ

    ReplyDelete
  4. Fikir sözü neçə baytdı?

    ReplyDelete
  5. boyuk Ə hərfi unikodda Ə bele yazilir bu indi 6 simvoldu ya 5 noqteli vergul hesablanir?

    ReplyDelete

www.magistrol.com

MAGISTR OL