İnformatika üzrə qəbul imtahanı proqramı (TQDK)


I FƏSİL.  İnformatika və onun əsas anlayışları.
İnformatika fundamental elm kimi, onun predmeti və əsas tərkib hissələri. 
İnformasiya anlayışı və informasiyanın  əsas xassələri.
İnformasiyanın təqdimolunma forma və üsulları.
İnformasiyanın növləri.
İnformasiyanın əsas prosesləri: toplanılması, saxlanılması, emalı və ötürülməsi.
İnformasiyanın ölçü vahidləri. 
Simvolların kodlaşdırılması standartları (ASCII və UNICODE). 
Say sistemləri. 
Natural ədədlərin onluq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə və əksinə keçid üsulları.



v  Kompyuter və onun texniki təminatı.
Elektron hesablama maşınları (EHM-lər), onların yaranması və tarixi inkişaf mərhələləri. EHM-in
arxitekturası və ümumi quruluş prinsipləri. EHM-in müxtəlif əlamətlərə görə təsnifatı.
Fərdi kompyuterlərin təsnifatı. Fərdi kompyuterlərin tərkib hissələri və iş prinsipi. Fərdi kompyuterlərin əsas qurğuları (sistem bloku, monitor, klaviatura) və onların təyinatı. Daxili və xarici yaddaş qurğuları. Periferiya qurğuları.


v  Alqoritmləşdirmənin əsasları.
Məsələlərin kompüterdə həllinin mərhələləri. Alqoritm anlayışı. Alqoritmin əsas xassələri. Alqoritmlərin təsvir üsulları. Alqoritmin tipik strukturları: xətti, budaqlanan və dövri.


v  Proqram təminatı (Software) və onun təsnifatı.
Sistem proqram təminatı (System software).
Tətbiqi proqram təminatı (Application software).
İnstrumental proqram təminatı (Software tools).


v  Əməliyyat sistemləri.
Əməliyyat sistemlərinin (ƏS) təsnifatı (MS DOS, UNIX, Linux, Mac OS və Windows). ƏS-nin  əsas
funksiyaları. Fayl və onun əsas xarakteristikaları. Fayl sistemləri.


v  Microsoft Windows 7 əməliyyat sistemi.
Windows 7 ƏS-nin təyinatı və əsas xüsusiyyətləri. Windows 7 ƏS-nin əsas anlayışları. Windows 7 ƏSnin əsas obyektləri: fayl, qovluq (folder), qısayol (shortcut). Windows 7 ƏS-nin əsas komponentləri: iş masası (Desktop), baş menyu (Start), tapşırıqlar paneli (Taskbar) və onlarla iş.
Windows 7 ƏS-də AERO interfeysinin funksiyaları. Windows 7 ƏS-də pəncərələrin növləri və onlarla iş prinsipləri. Pəncərənin komponentləri (Window Components) və onun idarəetmə elementləri. Pəncərələrin nizamlanması. Windows 7 ƏS-nin fayl sistemi: disklər, qovluqlar və fayllar. Windows bələdçisi (Windows Explorer). Qovluqlar və fayllar üzərində əməliyyatlar.  Proqram və faylların axtarışı. Şablonlardan istifadə (*, ?). Mübadilə buferi. Windows 7 ƏS-də idarəetmə paneli (Control Panel) və onunla iş prinsipləri. Windows 7 ƏS-də standart proqramlar (Windows Accessories).


v  Microsoft Word 2010 mətn prosessoru.
Microsoft Word mətn prosessorunun təyinatı və əsas xüsusiyyətləri. Word 2010 proqram pəncərəsi və
onun  əsas komponentləri.  Word 2010-da  Lent (Ribbon)  istifadəçi interfeysi. Sürətli müraciət alətlər
paneli və vəziyyət paneli. Mətnin daxil edilməsi və redaktəsi. Mətn sahəsində hərəkət. Mətn fraqmentinin seçilməsi. Mətn fraqmentlərinin yerinin dəyişdirilməsi və surətinin köçürülməsi. Drag and Drop texnologiyası. Mübadilə buferi ilə iş. Fayl əməliyyatları. Mətnin formatlaşdırılması. Üslublar. Səhifələrin formatlaşdırılması. Mövzular. Səhifə parametrləri.  Sənədə müxtəlif obyektlərin  əlavə edilməsi.  Cədvəllərlə iş.  Sənədin görünüş rejimləri. Sənədin tərtibatı. Mündəricatın hazırlanması. Sənədin icmalı. Tezaurus.

v  Microsoft Excel 2010 elektron cədvəli.
Microsoft Excel elektron cədvəl prosessorunun təyinatı və əsas xüsusiyyətləri. Excel 2010 proqram
pəncərəsi və onun əsas komponentləri. Excel 2010-da Lent (Ribbon) istifadəçi interfeysi. Sürətli müraciət alətlər paneli, düsturlar və vəziyyət paneli. Excel 2010 elektron cədvəlinin komponentləri. Verilənlərin daxil edilməsi və redaktəsi. Formatlaşdırma əməliyyatları. Düsturların daxil edilməsi və redaktəsi. Funksiyalar. Funksiya kateqoriyaları. Excel 2010-un əsas funksiyaları (Statistical: AVERAGE, COUNT, COUNTA, COUNTIF, MAX, MIN. Logical: AND, OR, NOT, IF, TRUE, FALSE. Math & Trig: ABS, FACT, POWER, PRODUCT, SUM. Text: LEFT, RIGHT, LEN) və onlardan istifadə qaydaları. Fayl  əməliyyatları.  İş vərəqlərinin idarə edilməsi.  İş vərəqinin görünüş rejimləri, miqyası və formatlaşdırılması. İş kitablarının pəncərələri ilə iş. Mövzular. Səhifə parametrləri. Səhifə fonu. Verilənlər siyahısı ilə iş. İş vərəqinə müxtəlif obyektlərin əlavə edilməsi. Diaqramlar və onlarla iş.


v  Microsoft PowerPoint 2010 elektron təqdimat proqramı.
Microsoft PowerPoint elektron təqdimat proqramının təyinatı və əsas xüsusiyyətləri. PowerPoint 2010
proqram pəncərəsi və onun əsas komponentləri. PowerPoint 2010-da Lent (Ribbon) istifadəçi interfeysi. Sürətli müraciət alətlər paneli və vəziyyət paneli. Elektron təqdimat və slaydlar. Fayl  əməliyyatları. Təqdimatların hazırlanması. Slayda mətnlərin daxil edilməsi, redaktəsi və formatlaşdırılması. Slayda müxtəlif obyektlərin  əlavə edilməsi. Slaydların açılış effektləri. Obyektlərin animasiya effektləri. Təqdimatın görünüş rejimləri. Slaydların nümayişi.


v  Verilənlər bazası. Microsoft Access 2010 verilənlər bazasının idarəetmə sistemi.
Verilənlər bazası (VB) anlayışı. VB-nin struktur elementləri. Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS), onların funksiyaları və növləri. VBİS-in komponentləri. Verilənlər bazasının modelləri (iyerarxik, relyasiya, şəbəkə və obyektyönlü). VBİS-in təsnifatı. Microsoft Access proqramının təyinatı və əsas xüsusiyyətləri. Access 2010 proqram pəncərəsi və əsas komponentləri. Access 2010-da Lent (Ribbon) istifadəçi interfeysi. Sürətli müraciət alətləri və vəziyyət paneli. Fayl  əməliyyatları. Verilənlərin tipləri. Access 2010-un obyektləri: cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, modullar.


v  Kompüter qrafikasının əsasları.
Kompüter qrafikasının əsas anlayışları. Kompüter qrafikasının növləri (rastr, vektor, üçölçülü). Rastr və vektor qrafikası ilə işin əsasları. Qrafik redaktorlar haqqında ümumi məlumat. Qrafik faylların formatları.


v  Kompüter şəbəkələri.
Kompüter şəbəkələrinin təyinatı və təsnifatı. Kompüter şəbəkələrinin əsas anlayışları, aparat və proqram təminatı. Şəbəkə texnologiyaları. Kliyent-server texnologiyası. Lokal şəbəkələrin topologiyaları. Açıq sistemlərin qarşılıqlı əlaqəsi (OSI – Open System Interconnection) modeli haqqında anlayış. OSI modelinin səviyyələri.


v  İnternet qlobal şəbəkəsi.
İnternet şəbəkəsinin inkişaf tarixi. İnternet şəbəkəsinin təyinatı və əsas anlayışları. İnternet şəbəkəsinin

əsas komponentləri. İnternet şəbəkəsinin baza protokolları (TCP/IP). İnternet şəbəkəsində resursların ünvanlaşdırılması. Domen adları sistemi (DNS – Domain Name System). İnternet texnologiyaları və Web texnologiyalar. Brauzerlər. İnternet xidmətləri və protokolları. İnternetdə axtarış sistemləri. Sosial şəbəkələr.

No comments:

Post a Comment

www.magistrol.com

MAGISTR OL